Dünya

Əfqanıstan hökuməti 3 talibançını azad edib

13 Noyabr, 2019
370
Əfqanıstan hökuməti üç aparıcı talibançını azadlığa buraxıb. Onların sırasında Haqqani şəbəkəsinin lideri Sirajjuddin Haqqaninin kiçik qardaşı Anas Haqqani da var.

Prezident Ashraf Ghani bir gün öncə deyirdi ki, talibançılar iki professorun müqabilində azad olunacaq.

Nə Taliban, nə də bu silahlı qruplaşmanın tərkib hissəsi olan Haqqani şəbəkəsi indiyədək məsələni şərh edib.

ABŞ-ın Əfqanıstandakı səfiri John Bass AzadAvropa/AzadlıqRadiosuna deyib ki, Birləşmiş Ştatlar Ghani-nin üç məhbusu buraxmaq kimi "cəsarətli” qərarını "güclü” şəkildə dəstəkləyir. O, silahlıları bunun əvəzində "Əfqanıstanın təhlükəsizlik əməkdaşları məhbuslarını, qərbli girovları” buraxmağa çağırıb.

Əfqanıstan Prezidenti Ashraf Ghani deyir ki, hökuməti üç talibançı məhbusu Kabildəki Amerika Universitetinin iki professoru ilə dəyişməyə hazırdır. Professorlardan biri amerikalı, digəri avstraliyalıdır.

Talibançıların içində Haqqani şəbəkəsi lideri Sirajjuddin Haqqaninin kiçik qardaşı Anas Haqqani də var.

Ghani noyabrın 12-də keçirilən mətbuat konfransında məhbusların Bagram həbsxanasında saxlandığını deyib.

Taliban 2016-cı ilin avqustunda saxlanmış amerikalı Kevin King və avstraliyalı Timothy Weeks-i buraxsa məhbuslar da azad olunar, Ghani söyləyib.

"İki professorun izinə düşmək cəhdlərimiz nəticə vermədi və əlimizdə olan informasiya terrorçuların əlində olduqları zamanı onların səhhət və sağlamlıqlarının pisləşdiyini göstərir”, – o vurğulayıb.

60 yaşlı King və 48 yaşlı Weeks 2016-cı ilin avqustunda Taliban tərəfindən oğurlanıb.

Əfqan rəsmiləri Anas Haqqani ilə yanaşı daha iki tanınmış talibançı – Hafiz Rashid Omari və Haji Milli Khan-ın da buraxılacağını deyiblər.

"Onlar ABŞ-ın nəzarəti altında Qətərə göndəriləcəklər”, – adı çəkilməyən bir əfqan rəsmisi AzadAvropa/AzadlıqRadiosuna deyib.

Bu sövdələşmə Talibanla Əfqanıstan hökuməti arasında sülh danışıqlarına yol aça bilər. İndiyədək silahlı qruplaşma Əfqanıstan hökumətilə danışıqlardan imtina edib, onu ABŞ-ın oyuncağı adlandırıb.

Haqqani şəbəkəsi 2018-ci ilin sentyabrında vəfat etmiş Jalaluddin Haqqani tərəfindən yaradılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo