22:48, 26 Dekabr 2018 (Çərşənbə) 172

Əfqanıstanda prezident seçkiləri təxirə salınıb

Əfqanıstanda prezident seçkiləri təxirə salınıb


/ DÜNYA
Əfqanıstan Müstəqil Seçki Komissiyası gələn il aprelin 20-nə təyin olunmuş prezident seçkilərini üç ay təxirə salacaq.

"RİA Novosti” xəbər verir ki, bu barədə dekabrın 27-də rəsmi olaraq məlumat veriləcək.

Vaxtın dəyişdirilməsi bu ilin oktyabr ayında keçirilən parlament seçkiləri zamanı ortaya çıxan texniki və təşkilati çətinliklərin qarşısını almaq üçün seçki qurumlarının yenidən qurulması, habelə "Taliban” hərəkatı ilə sülh razılaşmasına dair danışıqlara hazırlıqlarla bağlıdır.

Komissiyadan verilən məlumata görə, prezidentliyə namizədlərin dekabrın 22-dən başlanan rəsmi qeydiyyatı çərçivəsində hələlik iddiaçı kimi tanınan şəxslərdən heç biri rəsmi şəkildə namizədliyini irəli sürməyib.