11:00, 18 Oktyabr 2019 (Cümə) 1922

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2% artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1% artaraq 6 570,8 mln. manat olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4 824 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4%-i təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 664,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.