Dünya

Ekofəal Trampa cavab verib

26 Sentyabr, 2019
476
İsveçli yeniyetmə, ekofəal Qreta Tunberq  çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın tvitterdə onu ələ salmasına cavab olaraq sosial mediada öz profilini dəyişib.

Bu barədə "Reuters” xəbər verir.

Bazar ertəsi günü Tramp 16 yaşlı qızın BMT-nin iqlim sammitindəki nitqinin bir hissəsini retvit edib. Gənc qız dünya liderlərinin iqlim dəyişikliyinə ciddi yanaşmamasına qarşı çıxaraq onları qınayıb, "Siz necə cəsarət edirsiniz" sualını ünvanlayıb.

73 yaşlı Tramp Tunberqə cavab verərək deyib: "O, parlaq və gözəl gələcəyə ümidlə baxan çox xoşbəxt bir gənc qıza bənzəyir. Bunları görmək çox xoşdur!”

Çərşənbə axşamı günü Tunberq tviterdəki tərcümeyi-halını dəyişib. O, tərcümeyi-halına "Parlaq və gözəl gələcəyə baxan çox xoşbəxt bir gənc qız" yazıb.

Bazar ertəsi günü Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatına girərkən Tunberqin Trampa atdığı baxış sosial mediada geniş müzakirələrə səbəb olub. Tramp iqlim elmini sual altına alıb və ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı indiyə qədər həyata keçirdiyi siyasətini tənqid edib.

Tunberq ötən ildən etibarən hər cümə günü məktəbə getməyərək İsveç parlamentinin qarşısında iqlim fəaliyyətinə etiraz olaraq aksiya keçirir. O, bu hərəkətiylə milyonlarla uşağa ilham verib.
 
Mənbə: Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo