16:11, 13 May 2019 (Bazar ertəsi) 94

Əkrəm İmamoğlunu dəstəkləyən qıza bıçaqlı hücum oldu

Əkrəm İmamoğlunu dəstəkləyən qıza bıçaqlı hücum oldu


/ DÜNYA
Mayın 12-də Türkiyənin Təkirdağ bölgəsində İstanbul bələdiyyə seçkilərində namizəd Əkrəm İmamoğlunu dəstəkləyən qıza bıçaqlı hücum olub.

Prezident Ərdoğanın  "Mənəvi qızım” dediyi xərçəng xəstəsi Göknur Damata şəxsiyyəti bilinməyən şəxs: "Sən cəsur bir ürəksən?", - deyərək baldırından bıçaqla xəsarət yetirib. 

Hücuma səbəb Damatın sosial media hesabında Əkrəm İmamoğlu üçün "hər şey çox gözəl olacaq” deyə, paylaşım edib İmamoğluna dəstək üçün 20 tl pul yatırması olub.

Göknür Damat isə: "Mən əsla siyasi partiyanın tərəfini tutmamışam. Şəxsi dəstəklədim deyə niyə bu qədər rahatsız oldunuz ki?”, - deyib.

Hadisədən sonra Əkrəm İmamoğlu Göknur Damatı xəstəxanada ziyarət edib.

Əbülfət Baxşəli