İqtisadiyyat

Ekspert: "Banklar daha ağır duruma düşəcək"

23 Sentyabr, 2018
2207
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı yeni qərarını açıqlayıb. 

Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilən qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Bəs qəbul edilən yeni qərarın ölkə əhalisinə təsiri necə olacaq?

"Bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı..."

Bu barədə hüquqşünas Əkrəm Həsənov öz açıqlamasında bildirib ki, yenidən mahiyyətcə eyni olan 2015-ci ilin may ayında keçirilən Konstitusiya Məhkəməsinin məhkəmə  iclasında verdiyi qərarı qəbul edib: "Möcüzə olmadı. Məhkəmə başqa sözlə dedi ki,  borc alan devalvasiya faktına istinad edərək kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir.
 
 

Məlum olduğu kimi, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi. Mahiyyət etibarı ilə yenə eyni qərarı verdi. Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı (səbəbi müəmmalı olaraq qalır!). Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi".

Hüquqşünas 2015-ci ildə qəbul edilən qərarla yeni qərarın digər fərqlərini də şərh edib: "Digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.

2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə "örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta Məhkəmənin iclasından sonra belə. Yalnız mənim açıqlamamdan sonra Məhkəmə belə bir işə baxdığını etiraf etdi".

Hüquqşünas qeyd edir ki, 2015-ci ildə Məhkəmə qərarını daha çox əsaslandırmağa cəhd etmişdi. "Əvvəlki qərarın əsaslandırmasının elmi-hüquqi səviyyəsi çox aşağı idi. Hətta belə bir qərarı da daha inandırıcı əsaslandırmaq olardı. Yeni qərar isə çox səthi əsaslandırılıb. Və bu dəfə də çox gülünc şəkildə. Məhkəmə heç olmasa hüquq elmi və xarici təcrübə sahəsində azmaz araşdırma aparsaydı, daha əsaslandırılmış qərar verə bilərdi".

Qiymətlərin kəskin dəyişməsi

Hüquqşünas bildirir ki, kəskin devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olması haqda xarici təcrübə var, o cümlədən Azərbaycanın aid olduğu roman-alman hüquq sistemi ölkələrində də: "Axı söhbət adi deyil, məhz kəskin devalvasiyadan gedir. Bunu heç kəs qabaqcadan görə bilməz! Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı "tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz".

Konstitusiya Məhkəməsi Mərkəzi Banka qarşıdır?

Əkrəm Həsənov bildirir ki, qiymətin dəyişməsi qanunun müqavilə azadlığı və bazar iqtisadiyyatı prinsiplərindən irəli gəlir: "Halbuki xarici təcrübədə qiymətlərin kəskin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsinin klassik və geniş yayılmış misalıdır. Onda belə çıxır ki, biz aparıcı ölkələrdən daha ağıllı və savadlıyıq?! Ən maraqlısı isə odur ki, bu yanaşması ilə Konstitusiya Məhkəməsi dolayısı ilə borc alanlara Mərkəzi Banka qarşı iddia qaldırmağa imkan yaratdı. Əgər devalvasiya sırf Mərkəzi Bankın "əməyinin” nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də yalanına görə cavab versin! Belə olsa, yəqin ki, Konstitusiya Məhkəməsi məsələyə üçünü dəfə də baxmalı olacaq. Bu dəfə Mərkəzi Banka qarşı olan iddialar çərçivəsində..."

Bəs bundan sonra borc alanlar nə edəcək? 

Hüquqşünas bu barədə deyir ki, ümumən məhkəmə çəkişmələri yenə də davam edəcək: "Amma onu da qeyd edim ki, son zamanlar banklar bu məsələdə sərtləşib. Kollektorlar açıq-aşkar borclulara birbaşa müraciət edir (halbuki bu, qanunsuzdur). Bəzi banklar isə məhkəmə çəkişmələrindən yayınmaq üçün hüquq-mühafizə orqanlarına üz tutur ki, borc alanlara təzyiq olunsun".
 

İqtisadçı ekspert Məhəmməd Talıblı qəbul edilən yeni qərarla bağlı Toplum TV-yə bildirib ki, valyuta bazarında olan fors-major situasiyaların bütün məsuliyyəti vətəndaşın üzərində saxlanılır: "Vətəndaş xarici valyutada kredit götürməklə məzənnədəki dalğalanma riskini öz üzərinə götürdüyünə görə, krediti də həmin valyuta ilə geri qaytarmalıdır. Devalvasiya qərarının bir gecədə verildiyini nəzərə alsaq,  o zaman məzənnə dəyişkənliyini vətəndaş necə öncədən bilə bilərdi?  Bu qərarla Konstitusiya Məhkəməsi vətəndaşları və biznes subyektlərini küllü miqdarda müflisləşdirməsi hesabına bankların maliyyə imkanlarının daha da artırılmasına dair qərar vermişdir".

Ekspert Natiq Cəfərli  Toplum Tv-yə bildirib ki, hələ bir neçə il öncə həm Mərkəzi Bank, həm hökumət, həm də kommersiya bankları birlikdə komissiya yaratmaqla bağlı təklif irəli sürüblər. 
 
 

Ekspert deyir ki, etdikləri təklif nəticə etibarilə   devalvasiyalardan sonra iki dəfədən çox bahalaşan kreditlərin bütün yükünün vətəndaşların çiyninə düşməsinin qarşısını alacaqdı: "Təəssüf ki, üç ildən çoxdur ki, hər ay problemli kreditlərin həcmi artır. Bura hələ Mərkəzi Bankın öz problemli kreditləri daxil deyil. Məsələn, Beynəlxalq Bankın 10 milyard manata yaxın problemli kreditini sildilər. Bu bankın təqribən 3.2 milyard dollara yaxın xarici borcunu dövlət öz üzərinə götürdü. Həmin məbləğin də 2.3 milyard dolları birbaşa xarici borc, 1 milyard dollara yaxın isə Neft Fonduna olan borc idi. Beynəlxalq Bankla bağlı bu addımlar atıldı, amma digər banklarla bağlı heç bir önləyici tədbirlər görülmədi. Məsuliyyət bölgüsü olmadan bütün yük vətəndaşın çiyninə düşdü. Vətəndaşlar devalvasiyadan sonra iki dəfədən çox artan kreditləri və onun üzərinə hesablanan yüksək faizləri ödəyə bilmədi. Problemli kreditlər məsələsi getdikcə şişdi və bankların çevik işləməsi üçün ciddi problemlər yaratdı".

İqtisadçı bildirir ki, devalvasiya Mərkəzi Bankın və hökumətin aldığı bir qərar idi: "Bu zaman vətəndaşın dollarla götürdüyü kredit bir anda iki dəfədən çox bahalaşdı. Burada vətəndaşın günahı yoxdur. Dövlət atdığı addımlara özü cavabdehlik daşımalıdır. Eyni zamanda məsuliyyətin bir hissəsini Mərkəzi Bank, bir hissəsini hökumət, bir hissəsini banklar, bir hissəsini də vətəndaşlar öz üzərinə götürməli idi. Banklar anlamalı idi ki, vətəndaşları yüklədikcə vəsait geri qayıtmayacaq və daha da ağır duruma düşəcəklər. Amma təəssüf ki, bu addımların heç biri atılmadı və bütün yük vətəndaşın üzərinə düşdü".

Ekspertin sözlərinə görə əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi kreditin aylıq ödənişi ailənin gəliri qədərdir. 

O bildirir ki, hazırda məhkəmələrdə 70 faizə yaxın işlər məhz bank-vətəndaş çəkişməsinə aiddir: "Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün deyil ki, bu da problemli kreditlərin sayını artırır. Kostitusiya Məhkəməsinin dünənki qərarından sonra, problemli kreditlərin həcminin hər ay daha çox artacaq. Bu həm bankların işini iflic edəcək, həm də vətəndaşlara ciddi problemlər yaradacaq.  Həbs, məhkəmə, eləcə də cəzalarla, vətəndaşı yükləməklə, qorxutmaqla bu məsələ həll olunmayacaq. Bunu anlamaq üçün böyük ağıl-biliyə ehtiyac da yoxdu, azacıq məntiq olsa bəs edər..."

Samirə Əliyeva
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo