İqtisadiyyat

Ekspert: "Belə ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir”

12 İyun, 2019
749
Polşa və Rusiyanın 1,7 milyon dollara satın aldığı vaqonu Azərbaycan 15,2 milyon dollara alıb.

Məlumat iqtisadçı Nemət Əliyevin araşdırmasında öz əksini tapıb.

İqtisadçının Azərbaycan Dövlət Statistika Komitəsi və Belarus Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, 2018-ci ildə Rusiya və Polşanın Belarusdan 1 ədədi 3,533 milyon dollara satın aldığı vaqonu Azərbaycan Dəmir Yolları bu il elə həmin ölkədən 15,192 milyon dollara alıb. 

Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur.

"Azərbaycanın 2 vaqona xərclədiyi pula Rusiya və ya Polşa 18 vaqon əldə edə bilərdi. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb”-deyə iqtisadçı bildirib.
DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb. 

2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib.

Ekspert deyir ki, bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil: "Təsəvvür edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edilib. Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir”.

Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib. 
 
 
Nemət Əliyev 

Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib. 

Bu göstəricilərə əsasən, Rusiya və Polşanın Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493 milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır. Bu fərq məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi. 

Başqa sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi.

İqtisadçının araşdırmasında ötən ildə alınan vaqonlarla bağlı statistika öz əksini tapıb. 

Araşdırmaya görə, keçən il bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149 milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə baha olmaqla 3,533 milyon dollar təşkil edib. Eyni ildə Rusiya 2018-ci ildə Belarusdan satın aldığı vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə bundan 3,6 dəfə çox pul ödəyib.

Vaqonların orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar, 2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0 milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar xərcləyib. 

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidməti məsələyə münasibət bildirmək istəməyib.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo