Siyasət

Ekspert: "Qaynar xətt"ə edilən şikayətlərə gec baxılır"

9 May, 2019
451
Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı yeni "Qaynar xətt” (146-2) istifadəyə verilib.

Bu barədə Nazirlik rəsmi açıqlama yayıb. 

Açıqlamada qeyd olunur ki, "Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir.

146-2 "Qaynar xətt”inə daxil olan məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək. Nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. 

"Fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək. 146-2 "Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək", - məlumatda bildirilir. 

Bəs yeni yaradılan "Qaynar xətt" problemlərin həllinə hansı töhfəni verə bilər? 

Təhsil eksperti Elçin Mahmud Toplum tv-yə bildirib ki, "Qaynar xətt"ə edilən şikayətlərə rəsmi qurumlar gec cavab verirlər: "Əsas problem ondan ibarətdir ki, "Qaynar xətt"ə edilən zənglər və şikayətlərlə bağlı çox gec qərar verilir. Şikayətlərə azı 2-3 ay sonra baxılır və ya tədbir görülür. Hətta insanlar "Qaynar xətt"ə müraciət etsələr də, nəticəsizliyi görüb bəzən yaxınlaşıb yenidən nazirliyə müraciət edirlər".

"Qaynar xətt", əslində, o deməkdir ki, yəni məsələ dərhal həllini tapmalıdır və şikayət edilən kimi məsələ dərhal araşdırılmalı, həll edilməlidir. Təəssüf ki, uzun müddət çəkir, o da artıq "Qaynar xətt" olmur. İstənilən halda şikayət olanda, yəni "Qaynar xətt"ə zəng etmədən də nazirliyə müraciətlərə ənənəvi olaraq, iki-üç ay ərzində baxılır", - ekspert deyib. 

Ekspert hesab edir ki, qurumlarla vətəndaşların əlaqələndirilməsi də zəifdir: "Bu səbəbdən bəzi direktorlar özləri barədə edilən şikayətlərin qarşısını ala bilir və məsələ çox uzanır. Ona görə də bu xidmət ola bilər ki, müəyyən rayon məktəbləri, kənd məktəbləri üçün effektli olsun. Amma Bakı və yaxud da Bakının yaxınlığındakı böyük məktəblər və Sumqayıt kimi şəhərlər üçün o qədər də effektli olacağına inanmıram”.

Elçin Mahmud
 
Ekspert 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar olayına da toxunub. 

O bildirib ki, nazirliyin son addımları əslində bu hadisə ilə bağlıdır, lakin bu olayla bağlı da araşdırma zəif aparılır.

Aprelin 4-də Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib. Belə ki, 2004-cü il təvəllüdlü Elina Hacıyeva təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü atıb. 

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərinin dediyinə görə, intihardan sonra Elina xəstəxanaya gec çatdırılıb və səhlənkarlıq nəticəsində həyatını itirib. 

Təhsil naziri Ceyhun Bayramov olayla bağlı mətbuat konfransı keçirərək, məsul şəxlərin cəzalandırılacağını deyib. 

Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Elina Hacıyevanın intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi açılıb. 

Rəsmi məlumata görə, məktəbin direktoru Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Şəhla Abbas

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo