14:33, 03 Oktyabr 2019 (Cümə axşamı) 2035

Ekspert: "Repetitorluğu mifə çevirmək olmaz"

Ekspert:
"Valideynlər indi borc-xərc hesabına da olsa övladlarını hazırlığa qoyurlar"

Təhsil sahəsi Azərbaycanda ən çox islahata ehtiyacı olan sahədir. 

Hər il təmir olunan və yeni tikilən məktəb binaları istifadəyə verilir. Bəs bu sahədə görülən işlər təhsilin keyfiyyəti ilə mütənasibdirmi? 

Apardığımız araşdırmaya görə, valideynlərin aylıq maaşlarından orta hesabla 200-300 manat əlavə repetitor hazırlıqları üçün nəzərdə tuturlar. 

Azərbaycanda məktəbdən əlavə hazırlıq demək olar ki, ənənə halını alıb. 

Şagirdlər niyə repititor hazırlığına ehtiyac duyurlar?

Azərbaycanda 1 fənn üçün minumum aylıq hazırıq orta hesabla 50 manatdan başlayır. Ancaq bu qiymətə şəhərin mərkəzində hazırlıq keçən müəllim tapmaq çox çətindir.  

Mərkəz üçün orta qiymət 60-80 arasında dəyişir. Hazırlıq fənnlərin 5 olduğunu nəzərə alsaq, 5 x 80 = 400 manat edir. 

Azərbaycanda minumum orta əməkhaqqı isə 250 manat olduğundan, bu az qala hazırlıq üçün lazım olan məbləğin yarısıdır. Ancaq məsələnin belə yekunlaşmaması üçün başqa alternativlər də var. Paket halında universitetə hazırlaşmaq kurslarda daha münasib hesab olunur.  

Araşdırdığımız ən ucuz kursun 5 fənn üçün aylığı 125 manat, ən baha kursun aylığı isə 375 manatdır.

 Təhsil eksperti Nadir İsrafilova görə, repetitorluq Azəraycanda geniş polemikalara yol açan və birmənalı qarşılanmayan məsələlərdə biridir. 

Bəzilərinə görə təhsilimiz repititorların çiynində inkişaf edir, digərlərinə görə isə əlavə hazırlıq təhsil mühitini dağıdır. 

Ümumiyyətlə, sovet təhsil sistemində reptitorluq da, hazırlıq kursları da olmayıb: burda məktəb əsas təhsil verən müəssisə hesab olunurdu. Bütün bunlar bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranan məsələlərdir.
 
 
 
Nadir İsrafilov 

Ekspert hesab edir ki, bu məqamda həm repetitorluğun həm əleyhinə getmək, həm də ona bəraət qazandırmaq üçün kifayət qədər əsaslar var: "Övladını fərdi müəllim yanına qoymaq valideynin könüllü seçimidir. Amma əlavə hazırlıq dərsdən yayınmaya, tədris prosesinin pozulmasına gətirib çıxarmamalıdır". 

"Müəllim hazırlığının belə kütləvi hal almasına təkan verən odur ki, ali məktəblərə qəbul prosesi ixtisas sahələri üzrədir. Ona görə də hamı istəyir ki, övladı qrup fənləri üzrə ixtisaslaşsın. Təbii bu da digər fənlərin arxa planda qalmasına gətirib çıxarır. Valideynlər indi borc-xərc hesabına da olsa, övladlarını hazırlığa qoyurlar. Universitetə qəbul olmaq üçün maraq insanlar arasında bir adət-ənənə halını alıb”, - deyə ekpert  bildirir.

Hamı çalışır ki, övladı ali təhsil müəsisssinə qəbul olsun. Ancaq heç bir hüquqi sənəddə ümumtəhsil məktəbinin ali məktəbə kadr hazırlaması məqsəd kimi qoyulmayıb. Ümumiyyətlə, orta ümumtəsil məktəbi öz yetirmələrinə sistemli bilik, bacarıq vədişləri aşılamaqla yetinir. Əvvəllər 10-11-ci siniflər hazırılığa gedirdi, indi isə az qala baxçaya getmək üçün də hazırlıq lazımdır.

Hazırda təhsil sistemi 12 illik tədris mühitini hədəfləyir. Bu proses gerçəkləşsə, 10 illik təhsil icbari olacaq. 11-12-ci siniflərdə isə ali məktblərə hazırlaşmaq istəyənlər müvafiq təmayül üzrə hazırlaşa biləcək. Bu zaman əlavə hazırlığa getmək üçün ehtiyac qalmayacaq.

Hazırki mövcud durumda bu məsələni qanunla dəstəkləmək, ya da qadağa etmək məsələsi qoyulmayıb. Görünür ki, 12 illik təhsil rəmiləşdirilməyənə qədər repetitor hazırlığına sədd qoyula bilməyəcək.

"Doğrudur, əlavə hazırlıq öz bəhrəsini ali məktəblərə qəbulu asanalaşdırmaqda verir. Amma bu hazırlığı şişirtmək, repetitorluğu mifə çevirmək olmaz. Ucqar rayonlarda öz hesabına hazırlaşan və yüksək balla universitetə qəbul ola bilən potensiallı uşaqlar da az deyil. Məgər sovet təhsil sistemində hazırlıq vardı ki? Onda repetitor sözü  insanlara yad idi.  Bir vaxtlar məktəb bir məbədgah idi. İndi təhsilin əsas məqsədi müəllimi də şagirdi də məktəbə qaytarmaqdır”,  - ekspert bildirir.

Roza Məmmədova