Siyasət

Ekspert: "Şəffaflıq prezidentin özündən başlanmalıdır’

2 May, 2019
705
Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin iclasında Yeni iqtisadi inkişaf strategiyasının elan olunacağını deyib.

Prezident bildirib ki, prosesə beynəlxalq mütəxəsisslər də cəlb olunacaqlar: "Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik. Qeyd etdiyim kimi, növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq”.

Bəs bu modelin özəllikləri nədir? Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyir ki, strategiyanın mahiyyəti ilə tanış deyil. Amma prezidentin bununla bağlı planları gözlənirdi, indi onun üzərində iş gedir.

İqtisadçı alim deyir ki, iqtisadi strategiyanın əsas hədəflərindən biri iqtisadiyyatın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafı olmalıdır. Onun sözlərinə görə, başqa bir önəmli məqam prezidentin özündən başlanmalı olan şəffaflıqdır: Əgər Azərbaycanda islahat başlamaq istəyirlərsə, birinci növbədə korrupsiya ilə mübarizə başlamalıdır. Bu mübarizə çərçivəsində ilk addım Azərbaycan prezidentinin, dövlət məmurlarının, siyasi vəzifə tutan şəxslərin, parlament üzvlərinin, hakimlərin, prokurorların hər birinin əmlakı ilə bağlı bəyannamələr dərc edilməlidir. Azərbaycan vətəndaşları bilməlidirlər ki, onları idarə edənlər hansı imkanlarla, hansı əmlakla bu prosesə başlayıb ki, sonradan onları monitorinq edə bilsinlər”.

Azadlıq Radiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin də birgə bir neçə araşdırması prezidentin ailə üzvlərinə məxsus mülklər barədə məlumatlar üzə çıxarıb, Prezident Administrasiyasından bildiriblər ki, prezident övladları müstəqil adamlardır, biznesləri ola bilər, prezident özü isə bu vəzifədən əvvəl biznesmen olub.

Deputat Şəmsəddin Hacıyev isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycan hökuməti şəffaflığı təmin etmək üçün xeyli işlər görür və proses davam edir.

Müxalif ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, prezident 2016-cı ildə də milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini imzalamışdı, amma bu yol xəritəsinin nəticələri təhlil olunmamış, ictimaiyyətdə açıq müzakirə edilməmiş indi hökumət yeni model haqda düşünür.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin Yeni Azərbaycan Partiyasından olan üzvü Şəmsəddin Hacıyev deyir ki, strateji yol xəritəsi çox uğurla həyata keçirilib və indi yeni iqtisadi modelə ehtiyac var:

"Qarşıya yeni hədəflər qoyulur. Yeni iqtisadiyyat formalaşır, biz tamamilə yeni, post-industrial cəmiyyət tipinə keçirik, bunun tələbləri tamam başqa cürdür. İnkişafımızın bu mərhələsi mütləq surətdə həm makro, həm də mikro siyasətdə müəyyən dəyişikliyin edilməsini, dəqiqləşmələrin aparılmasını tələb edir. 

İqtisadçı Natiq Cəfərli isə deyir ki, indiyə qədər də rəsmilər dəfələrlə yeni-yeni iqtisadi strategiyaların elan ediləcəyini bildiriblər, amma əməldə nəticə dəyişməyib. O, bildirir ki, əslində, iqtisadi inkişafla bağlı dünya təcrübəsi var, yeni modellərə heç ehtiyac yoxdur:

"Bu, qanunun aliliyidir, məhkəmə hakimiyyətinin azadlığıdır, rəqabətli mühitdir, inhisarçılıq və korrupsiyanın tamamilə sıradan çıxarılmasıdır, yaxşı investisiya mühitidir, qanunun aliliyinə riayət edilən bir ölkənin qurulmasıdır. Bütün ölkələrin keçdiyi yol göstərir ki, məhz bu model iqtisadi rifaha gətirib çıxara bilər. Yeni iqtisadi modelə Azərbaycan hansı formada keçəcək, bunun parametrləri nədir bu da ictimaiyyətə açıqlanmır”.

İqtisadiyyatda dəyişiklik təşəbbüsləri 2015-ci ildə neftin qiymətinin kəskin düşməsindən sonra başladı, hökumət qeyri-neft sektorunu dirçəltmək üçün müxtəlif proqramlar qəbul etdi.

Amma hələ də dövlət büdcəsinin əsas gəlir mənbəyi neft pullarıdır.

Bu ilin dövlət büdcəsinin təqribən 50 faizi Dövlət Neft Fondundan birbaşa köçürmələr olub.
 
Amerikaninsesi.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo