11:44, 17 May 2019 (Cümə) 65

Eldar Əzizov: "Məsələnin həlli üçün əlaqədar qurumlarla birgə iş aparılır"

Eldar Əzizov:
"Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov mayın 17-də Biləcəri qəsəbəsinin sakinlərilə görüşündə bildirib.

O bildirib ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi sakinləri ən çox narahat edən problemlərdən biridir. "Bu 10 illiklərdən bəri yığılıb qalan problemdir. Ölkə başçısı bu problemin həllilə bağlı müvafiq tapşırılqar verib. Bizim tərəfdən işçi qrupu yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə iş aparılır", - E.Əzizov bildirib.

Bununla yanaşı tikilmiş evlərin sənədləşmə prosesində əlavə problemlər olduğuna görə onu tezliklə həll etmək mümkün deyil, müəyyən vaxt tələb olunur. Lakin məsələ nəzarətdə saxlanılır və həllini tapacaq.

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən fərdi evlərin sayı 700 mindən çoxdur. 2011-cü ildə bununla bağlı dövlət başçısı müəyyən rəsmi qurumlara tapşırılqar versə də problem yenə də həllini tapmayıb.

Bu məsələ bu il fevralın 19-da dövlət başçısının hündürmərtəbəli evlərin istismara verilməsinin asanlaşdırılması barədə sərəncamından sonra aktuallaşıb.
 
Turan İA