12:38, 24 Oktyabr 2020 (Şənbə) 139

Eldar Həsənovun həbs müddəti uzadıldı

Eldar Həsənovun həbs müddəti uzadıldı
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Qərar Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  
O, cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham olunub. E. Həsənov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.