16:00, 17 İyun 2019 (Bazar ertəsi) 320

Eldar Sabiroğlu oğlundan imtina edib

Eldar Sabiroğlu oğlundan imtina edib
Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü Eldar Sabiroğlu oğlundan imtina edib.

Bununla bağlı oğlu Rüfət Səfərov Feysbuk profilində yazıb və atasının məktubunu paylaşıb.

Rüfət Səfərov yazıb: "Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq. Doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə görün nə gündəyəm. Oxuyun, yaxşı- yaxşı oxuyun. Bu rejim bizi nə günlərə saldı”.

Eldar Sabiroğlu isə məktubunun vəsiyyət kimi qəbul olunmasını istəyib: "Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməyini istəmirəm. Halal olmaz! O dünyamı rahat buraxarsan. Allah səni xətadan bəladan hifz etsin!!! İmza sənin keçmiş atan”.

İyunun 16-da Eldar Sabiroğlu "Azadlıq Radiosu"na müsahibə verib. 

Rüfət Səfərov isə atasını müsahibə zamanı eks-prezident Heydər Əliyevi təriflədiyi üçün qınayıb.

Bundan sonra Eldar Sabiroğlu məktub yazaraq, oğlundan imtina etdiyini açıqlayıb. 

Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub.

2016-ci ilin sentyabrında  o, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış və sonra rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları Rüfət Səfərovu siyasi məhbus kimi tanıyıb.

O, 2019-cu ilin martında prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
 
 

Uğur Fərzəli