12:08, 14 Oktyabr 2019 (Bazar ertəsi) 170

Elektron ticarət platformalarını inkişaf etdirmək planlaşdırılır

Elektron ticarət platformalarını inkişaf etdirmək planlaşdırılır
"Hazırda Azərbaycan əhalisi xarici elektron ticarət platformalarından istifadə edir, amma yerli platformaların inkişafı dövlət qurumlarının diqqətində olmalıdır”.

Bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin inkiçafı vahid sənəd çərçivəsində həyata keçiriləcək: "Bunun üçün zərurət yaranıb. Elektron ticarətlə bağlı müxtəlif istiqamətlər Azərbaycanda qəbul edilən Strateji Yol Xəritələrində öz əksini tapıb və müxtəlif qurumlar həmin istiqamətlərə cavabdehlik daşıyır. Bakıda keçiriləcək elektron ticarət forumu çərçivəsində aparacağımız müzakirələr bizə bu məsələ ilə bağlı yekun qərar verməyə imkan verəcək. Ötənilki bu cür tədbirdə qəbul edilmiş bəyannamə tövsiyyə xarakterli olsa da aidiyyatı qurumlara təqdim olundu. Artıq vahid sənədin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu il keçiriləcək IIi forum bu prosesi daha da sürətləndirəcək".