17:20, 14 Oktyabr 2019 (Bazar ertəsi) 389

Elektron yerdəyişmədən 54830 şagird istifadə edib

Elektron yerdəyişmədən 54830 şagird istifadə edib
Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən davam etdiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-cu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.