20:19, 08 İyul 2019 (Bazar ertəsi) 99

Əli Babacan AKP-dən istefa verib

Əli Babacan AKP-dən istefa verib


/ DÜNYA
Türkiyənin sabiq xarici işlər naziri Əli Babacan Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.

O, sabiq prezident Abdulah Güllə birlikdə yeni partiya qurmağa hazırlaşır.

Bu barədə Türkiyənin "Habertürk" saytı məlumat yayıb. 

Məlumatda deyilir ki, Əli Babacan həm istefasının səbəbləri və yeni qurulacaq partiya ilə bağlı rəsmi açıqlama verib: "Türkiyənin bu günü və gələcəyi üçün yeni bir işə başlamaq qaçınılmaz hala gəlib. Mən və bir çox yoldaşım belə bir iş üçün böyük və tarixi bir məsuliyyət hiss edirik.  İnanıram ki, qarşılaşdığımız problemlərin həlli üçün birlikdə çalışmalıyıq. Bizim işimizin müstəqil və sərbəst şəkildə həyata keçirilməsi çox vacibdir. Hər mövzda ağ səhifədən başlamaq lazımdır”.

Əli Babacan Ədalət və İnkişaf Partiyası ilə yola davam etməyin mümkünsüz olduğunu deyib. 

O, istefa ərizəsini artıq AKP-yə təqdim etdiyini bildirib: "Hamımızın məqsədi ölkəmizin etibarını yüksəltmək, xalqımızın rifah və xoşbəxtliyini artırmaqdır. İnsan hüquqları, azadlıqları, inkişaf etmiş demokratiya və qanunun aliliyi bizim imtina edilməz prinsiplərimizdir. Mən ilk dəfə siyasətə daxil olduğumdan bəri onlar üçün çox çalışdım. Allah sağlamlıq və həyat verdiyi müddətcə bundan sonra da işə davam edəcəyəm".

Əli Babacan 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının qurucu üzvülərindən olub.  

2002-ci il seçkilərindən bəri Nazirlər Şurasının üzvü  olub. 

Bundan başqa Türkiyə Xarici işlər naziri vəzifəsində çalışıb.
 
Əbülfət Baxşəli