16:35, 21 Oktyabr 2019 (Bazar ertəsi) 896

Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib
Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncam da bildirilir ki, Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin. 
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.