17:57, 29 Noyabr 2019 (Cümə) 72

Əli Həsənov vəzifəsindən azad edildi

Əli Həsənov vəzifəsindən azad edildi
Prezident İlham Əliyev 60 yaşlı Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Xəbəri Meydan tv yayıb.

Əli Həsənov 14 il idi ki, bu vəzifəni icra edirdi.

Həmçinin Prezident Aparatının yeni strukturu da təsdiqlənib. Yeni strukturda ictimai siyasi məsələlər şöbəsi ləğv edilib.