Sosial

Əlilliyi olan şəxslər işlə təmin olunurmu?

28 Noyabr, 2019
788
Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi işlə təmin olunub. 

Bu gün əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır.

620 min əlilliyi olan şəxsdən 350 mini əmək qabiliyyətinə sahibdir. Hazırda 350 min əlilliyi olan insanın 17 faizi müxtəlif yerlərdə çalışa bilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov əhalinin həssas qrupları ilə iş aparmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, hazırda ölkə üzrə 40 minə qədər vətəndaş özünəməşğulluq layihələrində iştirak etmək üçün növbədədir. 

"Prezidentin tapşırığına uyğun olaraq, gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir. Yaxın vaxtlarda il ərzində iştirakçıların sayının 15 minə qədər artıracağıq", - o bildirib.

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, problemin əsas səbəbi Azərbaycanda əlillərin işləməsi ilə bağlı ənənənin formalaşmamasıdır.  
 


"Əlilliyi olan insanlara dini dünyagörüşündən dolayı hər zaman yardım edilib, onların iş  mühitində iştirakı  fiziki məhduduyyətləri ilə ölçülüb. Məsələn,Qarabağ müharibəsindən sonra əlliliyi olanların sayı artdı. Bu, həm  potensial işçi qüvvəsinin azalması, həm də insanların işə olan tələbatlarının artması demək idi. Təəssüflər olsun ki, işin praktiki hissəsi yalnız fiziki məhduduyyətli insanlara müvafiq pensiyaların ayrılması ilə yekunlaşır. İnkişaf etmiş ölkələrin əksəriyyətində əlilliyi olan insanlara küçədə, avtobusda rahat şərait yaradılır, eyni zamanda onların əməyindən istehsalatda istifadə edilir”.

Sosioloq bildirir ki, Azərbaycanda bu sahədə təcrübə yetərincə formalaşmadığından ortaya çıxan rəqəmlər qabarıqdır. Məsələ əvvəlcə qanunvericilikdə, daha sonra isə praktikada tənzimlənməlidir. İşin xüsusiyyətindən asılı olaraq kvota müəyyənləşməlidir. 

Məsələn, elmi sahədə fəaliyyət göstərmək üçün zehni sağlamlıq kifayət edir. Başqa sahələrdə normativ fərqli ola bilər: "İnkişaf etmiş ölkələrdə kvota anlayışı yoxdur. Bu ölkələrdə işə düzəlmək üçün sağlamlıq, əlillik heç bir rol oynamır”.

Sosioloq eyni zamanda onu da qeyd edir ki, Azərbaycanda istər dövlət orqanlarında, istərsə də özəl müəssisələrdə əlillər üçün heç bir şərait yoxdur. Amma inkişaf etmiş ölkələrdə işçilərinin sayı 15-dən çox olan müəssisələrdə əlillər üçün hər bir şərait yaradılır. 

Jurnalist araşdırmasıyla, sosioloqun, ekspertin məsələyə münasibəti ilə məsələ həllini tapmaz. Bunun üçün dövlət səviyyəsində maarifləndirməli işləri görülməli və bir sıra tədbirlər planı qəbul edilməlidir. 

2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) «Əlillərin hüquqları haqqında» Konvensiyasına qoşulub.  Konvensiyanın 27-ci maddəsinə əsasən, iştirakçı dövlətlər əlillərin əmək hüququnu digər şəxslərin əmək hüququna bərabər tuturlar. 

Bu hüquqa əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququ daxildir.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo