Sosial

Elina Hacıyevanın anası direktorun həbsi üçün şikayət verib

13 Noyabr, 2019
636
Bu ilin aprelində təhsil aldığı 162 saylı orta məktəbdə özünü üçüncü mərtəbədən atmış Elina Hacıyevanın ölümüylə bağlı hökmdən həm onun anası, həm də məktəbin sabiq direktoru Sevinc Abbasova narazı qalıb. Hər iki tərəf Səbail Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Meydan TV məlumat verir ki, E.Hacıyevanın anası Sevil Hüseynovanın vəkili Sevinc Əliyeva noyabrın 12-də apelyasiya şikayətini məhkəməyə təqdim edib.

Onlar şikayətdə keçmiş direktora verilən cəzanın ağırlaşdırılmasını, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş ediblər. Zərərçəkmiş həmçinin maddi və mənəvi ziyanın ödənilməsi tələbilə Təhsil Nazirliyi və sabiq direktora qarşı qaldırılmış mülki iddianın da tam təmin olunmasını istəyir.

Səbail Rayon Məhkəməsi yalnız direktorla bağlı hissədə mülki iddianı qismən təmin etmiş, maddi ziyana (dəfn, yas xərcləri və s.) görə 8500, mənəvi ziyana görə 10000 manat ödənilməsinə qərar vermişdi. Təhsil Nazirliyilə bağlı hissədə isə mülki iddia təmin olunmamışdı.

Keçmiş direktor isə apelyasiya şikayətində bəraət istəyir.

Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində 14 yaşlı Elinanın ölümündə günahlandırılan keçmiş direktor S.Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması, 18 min 500 manat da pul cəzası cəzası kəsilib. O, Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314-cü (səhlənkarlıq) maddələrilə təqsirli bilinib.

S.Abbasova isə iddia edir ki, Elinanın ölümündə onun heç bir günahı yoxdur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo