Siyasət

Elina Hacıyevanın anım mərasiminə polis icazə vermədi

13 Aprel, 2019
975
Aprelin 13-də saat təqribən 12 radələrində bir qrup ictimai fəal 162 saylı məktəbin önündə, həmin təhsil müəssisəsinin intihar etdiyi bildirilən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı anım mərasimi keçiriblər.

Mərasimə gələn ictimai fəallar məktəbin darvzası önünə gül dəstəsi qoyublar, şamlar yandırıblar.

Anım mərasiminə qatılanlar bildiriblər ki, E.Hacıyeva laqeyd münasibətin qurbanı olub. Onların fikrincə, bundan sonra müəllimlər, valideynlər və bütünlükdə cəmiyət uşaqlara münasibətlərinə yenidən baxmalıdrlar. Elina Hacıyevanın həmyaşıdı olan bir məktəbli qız isə deyib ki, bu hadisədən sonra Təhsil Nazirliyinin şagird-müəllim münasibələrinə yenidən baxacağını gözləyirdi. "Yanaşama bu oldu ki, məktəblərdə yuxarı mərtəbələrdə pəncərələri bağlayırlar. Nazirliyin yeni yanaşması bu qədər imiş...”, deyə o vurğulayıb.

Bir qədər sonra polis və onların arasında olan mülki geyimli şəxslər mərasim iştirakçılarından xahış ediblər ki, çıxıb getsinlər.

Anım mərasmin iştirakçıları isə bildiriblər ki, aksiya keçirmirlər, Elina Hacıyevanı anırlar. Polis və mülkü geyimlilər onlara insanların hərəkətinə mane olduqlarını bildiriblər. Bundan sonra mərasiminin iştirakçıları məktəbin qarşısındakı küçənin səkisinə çəkiliblər. Polis onların orada da dayanmasına imkan verməyib. Məktəblilərdən, ora toplaşan ictimai fəal və jurnalistdən çıxıb getmələri, insanların hərəkətinə mane olmamaları istənilib. Polislər deyib ki, əgər tədbir razılaşdırılmayıbsa buna imkan verilməyəcək. Mərasim iştirakçıları isə deyiblər ki, heç kimin hərəkətinə mane olmurlar.

Bundan sonra da, polis və xüsusilə də onların arasında olan bəzi mülkü geyimli şəxslər mərasim iştirakçılarını itələməklə oradan uzaqlaşdırıblar. Məktəblilər, fəallar və jurnalistlər həmin mülkü şəxslərin kimliyi ilə maraqlanıblar. Onlar və eləcə də polis əməkdaşları bununla bağlı sualları cavablandırmayıblar.

Hətta mərasim iştirakçılarından bəzilər onlara mülkü geyimli şəxslərin hücum etdiyini də bildiriblər.

Baş verənlərə, orada deyilənlərə hələlik, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb.
 
Azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo