19:05, 18 Oktyabr 2019 (Cümə) 2398

Elina Hacıyevanın vəkili danışır - VİDEO

 
 
Oktyabrın 18-də Elina Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə vəkillər çıxış edib.

Növbəti məhkəmə prosesi oktyabrın 24-ü, saat 11:00-a təyin olunub. Həmin gün hökm oxunacağı gözlənilir.

Zərərçəkmişin vəkilləri dövlət ittihamçısının çıxışını ədalətsiz hesab edir.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

Nərgiz Absalamova