15:25, 24 İyun 2019 (Bazar ertəsi) 46

Elmar Məmmədyarov: "Bolqarıstan Bakı-Tbilisi-Qars layihəsində iştirak etmək istəyir"

Elmar Məmmədyarov:
Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlıq sazışı çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Bu barədə "Report” xəbər verir.

Xəbərdə deyilir ki,  Bolqarıstanın baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryeva ilə Bakıdakı görüş zamanı Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

"Həmkarımla ölkələrimiz arasında əməkdaşlıq məsələlərini, o cümlədən siyasət və iqtisadiyyat sahələrində birgə fəaliyətləri müzakirə etdik. "Strateji əməkdaşlıq haqqında” saziş çərçivəsində əməkdaşlıq edirik”, - deyən E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdə Bolqarıstanın da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov bildirib ki: "Burada söhbət ən mühüm enerji və nəqliyyat layihələrindən gedir. Belə ki, Cənub Qaz Dəhlizinin bir hissəsi Bolqarıstan ərazisindən keçir. Bolqarıstan həmçinin Bakı-Tbilisi-Qars layihəsində də iştirak etmək niyyətindədir”.