10:22, 01 Oktyabr 2019 (Çərşənbə axşamı) 93

Əmək pensiyasının artırılmasını haqda qanun qüvvəyə minib

Əmək pensiyasının artırılmasını haqda qanun qüvvəyə minib
Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun  oktyabrın 1-də qüvvəyə minib.

Bu barədə "Report.az” xəbər verib.

Xəbərdə deyilir  ki, Milli Məclisin "Əmək pensiyaları haqqında” qanuna etdiyi dəyişikliklə pensiyanın məbləği 40 manat artırılıb.

"Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir".

İyulun 12-də Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.