13:03, 19 İyul 2019 (Cümə) 152

Ərbildə türk diplomatlara hücum edən deputatın qardaşıdır

Ərbildə türk diplomatlara hücum edən deputatın qardaşıdır


/ DÜNYA
İraqın Ərbil şəhərində restorana hücum edən deputatın böyük qardaşıdır.

"Report” xəbər verir ki, məlumatı İHA yayıb.

Hücum edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Dersim Dağın böyük qardaşıdır.

İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizlik idarəsi bildirib ki, restoranda terrorun törədilməsində iştirak edənlərdən biri - Mazlum Dağ 1992-ci ildə Türkiyənin Diyarbakır əyalətində anadan olub.

Onun Türkiyə parlamentinin üzvü, HDP-çi Dersim Dağın qardaşı olduğu müəyyən edilib.

İddia olunur ki, Mazlum Dağ terrorçu PKK qruplaşmasına təzyiq edərək bacısı Dersim Dağın deputatlığa namizədlər siyahısına saldırıb. Dağlar ailəsi Diyarbakırda qeydiyyatda olsalar da, hazırda İstanbulda yaşayırlar.

İyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.