16:26, 08 Yanvar 2021 (Cümə) 67

Ərdoğan ABŞ-da baş verənləri pislədi

Ərdoğan ABŞ-da baş verənləri pislədi
Rəcəb Tayyib Ərdoğan
FOTO:aa.com.tr

"ABŞ-da baş verənlər bütün bəşəriyyəti şoka salıb".

"Anadolu" agentliyinin yanvarın 8-də verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Sözə gələndə, "demokratiyanın beşiyi" deyə göstərilən Amerikadakı bu hadisələr həqiqətən də bütün bəşəriyyəti şoka salıb",  - Ərdoğan açıqlamasında deyib. 

"Xatırlayın, 15 iyuldakı çevriliş cəhdində tamamilə səssiz qalan və bu məsələdə çox-çox fərqli mesajlar yayımlayan Amerika və Amerika mətbuatı, xüsusilə Gəzi hadisələrində, yenə xatırlayın, Amerika mətbuatında biz siyasətçiləri barədə necə açıqlamalar verilir, necə təhdidlər edilirdi. Bizim siyasətçilər olaraq, səbrimiz çox açıq, bariz şəkildə ortada ikən,  Amerikanın mövqeyi çox-çox fərqli idi. Amma o vaxtlar da işin başında Demokratlar vardı. Demokratlar necədirsə, Respublikaçıların da indi eynisi olduğunu gördük, bunun demokratiya üçün üz qarası olduğunu görürük", - deyə Türkiyə prezidenti vurğulayıb. 

Ərdoğan yanvarın 20-də Co Baydenin prezidentlik fəaliyyətinə başlamasıyla Birləşmiş Ştatlarda əmin-amanlığın yaranacağına ümidvar olduğunu deyib.