18:30, 26 Oktyabr 2020 (Bazar ertəsi) 92

Ərdoğan fransız mallarını boykot etməyə çağırdı

Ərdoğan fransız mallarını boykot etməyə çağırdı


/ DÜNYA
Emmanuel Makronun islama qarşı fikirlərindən sonra Avropada islamafobiya artıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Mevlidi-i Nebi Haftası” açılış proqramında danışarkən belə deyib. 

O, Türkiyə xalqını fransız mallarını boykot etməyə çağırıb. 

R.T. Ərdoğan türklərin Fransada zülmlə qarşı-qarşıya qalan müsəlmanlara sahib çıxmalı olduğunu deyib: "Türkiyədə din azadlığı olsa da, Fransada yoxdur. Bizi onlarla səhv salmayın”.