17:37, 16 Oktyabr 2019 (Çərşənbə) 417

Ərdoğan: "Mən Tramp gələndə onunla görüşəcəm" - YENİLƏNİB

Ərdoğan:


/ DÜNYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə Prezidenti və ABŞ-ın vitse-prezidenti arasında görüşün sabah keçiriləcəyi bildirlir.

***
 
"Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəm".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "SKY News” müxbirinin "ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

"Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəm”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. 

ABŞ prezidenti Donald Tramp, prezident köməkçisi Maykl Pensenin və ABŞ-ın xarici işlər naziri Maykl Pompeonun sabah Türkiyəyə gedəcəyi açıqlayıb. Ağ Ev məsələ həll olunana qədər Türkiyəyə sanksiyaların davam edəcəyini bildirib. ABŞ nümayəndələri 17 oktyabrda baş tutacaq görüşdə Suriyada ataşkəs məsələsini gündəmə gətirəcəklərini bildiriblər. Növbəti görüşün noyabırın 13-də Vaşinqtonda gerçəkləşəcəyi xəbəri ictimaiyyətə açıqlanıb.

Oktyabırın 15-də Tramp tvitter hesabında Türkiyəyə qoyulacaq sanksiyaların tərkibini açılayıb: dəmir-alminium idxalına 50% gömrük vergisi qoyulur və Türkiyəyə 100 mlrd doarlıq icarət anlaşması ləğv edlir.

"Türkiyənin hərbi hücumu mülki insanları təhlükə altına qoyur və bu, bölgədəki sülh, təhlükəsizlik və sabitliyə təhdiddir. Türkiyənin bu hərəkəti bölgədə insani böhran və mümkün müharibə cinayətlərinə şərait yaradır” - deyə, ABŞ tərəfi bildirib.