17:14, 23 Oktyabr 2019 (Çərşənbə) 1312

Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü


/ DÜNYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb. 

Görüşdən sonra açıqlama yayan Ərdoğan razılaşma əldə olunduğunu deyib.

Oktyabrın 22-də Rəcəb Tayyib Ərdoğan birgünlük Rusiyaya səfər edib. 

Suriyanın ərazi bütövlüyü, torpaq və siyasi birliyin əldə olunması ilə qaçqınların geri dönüşü nöqtəsində tarixi bir razılaşma əldə olunub: "Cənab Vladimir Putinin dəvəti ilə gəldiyim Soçidə razılaşma əldə etdik. Bu anlaşma ilə terror dəhlizinə daha bir zərbə vurduq”.

Təkbətək görüş 6 saat yarım çəkib. 

Görüşmənin mətbuata açıq hissəsində Prezident Ərdoğan, Putinə minnətdarlığını bildirərək, bu dəvətin bölgədə kritik günlərin yaşandığı dövrdə faydası olacağına inandığını deyib.

Anlaşmaya görə 150 saatlıq müddətin sonunda YPG 30 kilometrlik dərinlikdən çıxarılacaq, bu bölgədə Türkiyə və Rusiya ortaq mühafizəyə başlayacaq.

Buna əlavə olaraq anlaşma çərçivəsində  Rıfat və Münbiçdəki terroristlər ərazidən çıxarılacaq.

Putin isə nitqində  suriyalı qaçqınların vətənlərinə qayıtmalı olduğunu vurğulayıb.

Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp da tvit yazıb: "Türkiyə Suriyə sərhədində böyük uğur əldə olundu. Güvənli ərazi təmin edildi. Atəşkəsə riayət olundu, hərəkat sonlandırıldı”.

Zərifə Novruz