11:13, 16 İyul 2019 (Çərşənbə axşamı) 56

Ərdoğan: "S-400 raketlərinin yerləşdirilməsi 2020-ci ildə başa çatacaq"

Ərdoğan:


/ DÜNYA
 
Türkiyə prezidenti Rəcəp Tayyib Erdoğan Rusiyadan alınan S-400 raketlərinin ölkədə yerləşdirilməsi 2020-ci ilin aprelinədək başa çatdırılacağını deyib.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Türkiyənin bu addımı, onun NATO-dakı müttəfiqləri, xüsusilə də ABŞ-la münasibətlərini gərginləşdirib.

ABŞ artıq buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Ərdoğan 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə çıxışında deyib ki, artıq Rusiyadan 8 təyyarə yük gətirilib və proses davam edir.

Ərdoğan 2 gün əvvəl deyib ki, ABŞ prezidenti Donald Trump-ın Türkiyəyə qarşı sanksiyalardan imtina etmək səlahiyyəti var və bu mübahisədə "qızıl ortanı” məhz Tramp tapa bilər.

ABŞ Dövlət katibi Mike Pompeo isə "Washington Post”-a müsahibəsində deyib ki, burda qanun sanksiyalar tətbiq edilməsini tələb edir və əmindir ki, prezident Donald Trump qanuna əməl edəcəyik.

"Bloomberg”-in məlumatına görə, ABŞ prezidentinin müşavirləri bu günlərdə Türkiyəyə qarşı 3 sanksiya paketinə baxıb.

Rusiya ilə Türkiyə S-400 raketləri ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıblar. Sövdələşmənin dəyəri 2,5 milyard dollardır.

ABŞ buna görə Türkiyəyəartıq F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.

ABŞ və NATO bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.