14:46, 18 Sentyabr 2019 (Çərşənbə) 55

Ərdoğan Suriya məsələsinə görə ABŞ-a vaxt verib

Ərdoğan Suriya məsələsinə görə ABŞ-a vaxt verib


/ DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı ABŞ-a 2 həftə vaxt verib.

"Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək”.

Bu barədə "Report” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, sentyabrın 16-da Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşə barədə də danışıb.

Türkiyə prezidenti bildirib ki, müzakirələrin sonunda Suriyada humanitar və siyasi böhranın həlli ilə bağlı çox əhəmiyyətli qərar qəbul edilib: "Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq”.