Sosial

Ərəstun Həsənov: "Çirkab sular birbaşa Xəzər dənizinə axıdılır"

2 May, 2019
1539
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə açıqlamasında vətəndaşları və bir sıra müəssisələri Xəzər dənizini çirkləndirməməyə dəvət edib.

İdarə rəisi Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələrini açıqlayaraq bildirib: "Rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığı üçün çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır".

Onun sözlərinə görə, təhlillərin nəticələri göstərir ki, su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıqdır.

Ə.Həsənov deyib ki, Xaçmaz ərazisində ən çox çirklənməyə məruz qalan Qudyalçay, Qusarçay və Vəlvələçaydır, bunlar da Xəzəri çirklənməyə məruz qoyur.

İdarə rəisi çayların çirklənməsinə səbəb kimi isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 1 saylı Regional Su Kanal İdarəsinin bioloji təmizləyici qurğusunun istismara yararsız olmasını və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasını göstərib.

O qeyd edib ki, bir sıra obyektlərin tullantıları çaylar vasitəsi və birbaşa Xəzərə axıdılır.

Ə.Həsənov bildirib ki, Yalama-Nabran ərazisində isə yaşayış məntəqələrində formalaşan tullantı sular mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından birbaşa dənizə axıdılır. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində antisanitar vəziyyətin əmələ gəldiyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisinin bu açıqlamasına, hələlik, "Azərsu" ASC-nin və başqa uyğun qurumların münasibətini almaq mümkün olmayıb.
 
Azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo