11:58, 20 Noyabr 2020 (Cümə) 112

Ermənistanın müxalifət lideri: "Ölkəni ağır günlər gözləyir"

Ermənistanın müxalifət lideri:
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, "Vətən" partiyasının sədri Artur Venesyan baş nazir Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli atəşkəs bəyanatını 100%-lik kapitulyasiya sənədi adlandırıb. Bu barədə o, noyabrn 19-da Ermənistanın 5-ci kanalına açıqlamasında deyib. 

Ermənistanın əsas müxalifət liderlərindən sayılan Vanesyan deyib ki, o və onun tərəfdaşları müharibəni yeniləmək fikrində deyillər: "Qarabağla bağlı üçtərəfli bəyanat - faktdır".

Onun sözlərinə görə, Ermənistanı qarşıda ağır günlər gözləyir. Ölkə qarşısında dayanan təhlükəsizlik, səhiyyə, iqtisadiyyat, sosial, humanitar və s. sahələrdəki çoxsaylı problemləri həll etmək lazımdır. 

"Nikol Paşinyan ölkəni elə bir vəziyyətə salıb ki, çətin ki, kimsə ölkəyə rəhbərlik etmək üçün qabağa çıxsın" - deyə, siyasətçi vurğulayıb.