13:57, 16 Mart 2019 (Şənbə) 344

Erməni tərəfi Azərbaycan vətəndaşının saxlandığını bildirib

Erməni tərəfi Azərbaycan vətəndaşının saxlandığını bildirib
Erməni hərbçilər Qazax rayon sakini Elvin İbrahimovu saxlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin məlumatına görə, gecə saat 01:30-da Ermənistanın şimal-şərqində sərhəd zonasında gözə dəyən sərhəd pozucusu hərbçilərin tabe olmaq tələbinə məhəl qoymayıb. Sərhədçilər atəş açaraq onu ayağından yaralayıblar. O, tibb müəssisəsinə aparılıb.

Sənədlərə görə, həmin şəxs Azərbaycanın Qazax rayonunun sakini Elvin Arif oğlu İbrahimovdur (1986-cı ildə anadan olub). Ermənistan Milli Təhlükəsizlik Nazirliyi fakt üzrə cinayət işi qaldırıb.

Azərbaycan Hərbi Əsirlər və Girovlar üzrə Dövlət Komissiyası hələlik məlumatı şərh etmir. Qazax Rayon İcra Hakimiyyətində də məsələ ilə bağlı məlumat yoxdur. 

Turan İA