Dünya

Ermənilər Qarabağda “şərti hərbi vəziyyət” elan edib

24 Sentyabr, 2019
841
Ermənistan Qarabağda hərbi təlimlərə başlayıb.

Azadlıq Radiosu xəbər verir ki, sentyabrın 24-dən Ermənistanda "şərti hərbi vəziyyət” elan edilib.

Həmin günü səhər saatlarında ölkədə "genişmiqyaslı, strateji” hərbi təlimlərin başlandığı xəbər verilir.

 Bu manevrlərdə dövlət idarələri və yerli hakimiyyət orqanları da iştirak edirlər.

Jurnalistlərlə görüşündə Ermənistan silahlı qüvvələri baş qərargahının mətbuat katibi Samvel Asatryan deyib ki, təlimlərdən məqsəd silahlı qüvvələrin hərbi əməliyyatlar şəraitinə hazırlığının yoxlanmasıdır.

Dövlət idarələri və yerli orqanlar isə səfərbərlik işinə nə dərəcədə hazır olduqlarını sınaqdan keçirirlər.

Xəbər verilir ki, oktyabrın 5-dək davam edəcək təlimlərdə döyüş silahlarından istifadə olunacaq və şərti hədəflər vurulacaq.

"Ermənistan Respublikasının kişi cinsindən olan vətəndaşları artıq hərbi komissarlıqların qarşısında toplaşırlar və tez bir zamanda ordu sıralarına daxil olmaq istədiklərini bildirirlər. Bu müsbət bir haldır. Lakin eyni zamanda mən silahlı qüvvələr baş qərargah rəisinin çağırışını təkrar edərək adamları sakit olmağa çağırıram. Müvafiq müddətlər silahlı qüvvələrin planına uyğun müəyyənləşdirilib və hamı müəyyən olunmuş qaydada ordu sıralarına qoşulacaq” - Asatryan daha sonra deyib.

Xəbərdə deyilir ki, "Dağlıq Qarabağ qüvvələri həyəcanla tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo