12:05, 15 Yanvar 2020 (Çərşənbə) 44

Ermənistan baş naziri İstintaq Komitəsində ifadə verib

Ermənistan baş naziri İstintaq Komitəsində ifadə verib


/ DÜNYA
Ermənistan tarixində ilk dəfə baş nazir Nikol Paşinyan müstəntiqin suallarını cavablandırmaq üçün İstintaq Komitəsinə (İK) gedib.

Rusiya mətbuat xidmətinin yaydığı xəbərə görə, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.

Paşinyan masa arxasından əyləşərək kompüterin monitoruna baxan müstəntiqin otağında selfi edib.

"Ermənistan tarixində ilk dəfə ölkənin hazırkı lideri İK-ya gəlib”, - Paşinyan yazıb.

Ermənistanın Baş naziri İstintaq Komitəsinin ofisində sualları cavablandırdığını etiraf edib.