18:52, 13 Yanvar 2020 (Bazar ertəsi) 22

Ermənistan Konstitusiya Məhkəməsinin sədri dindirilib

Ermənistan Konstitusiya Məhkəməsinin sədri dindirilib


/ DÜNYA
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan Xüsusi İstintaq Xidmətində (XİX) dindirilib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

XİX məsələyə şərh verməkdən imtina edib. H.Tovmasyanın vəkili Amram Makinyan isə hakimlərin də iştirak etdiyi istintaq addımları ilə bağlı məlumat verilməsinə qadağa qoyan Konstitusiya Məhkəməsi haqqında qanuna istinad edərək məlumatı şərh etməkdən yayınıb.

Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Q.Tovmasyana vəzifə səlahiyyətlərindən sui-istifadə (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.