22:29, 19 Oktyabr 2020 (Bazar ertəsi) 91

Ermənistan Laçın və Kəlbəcəri həmişəlik öz nəzarətində saxlamaq istəyib

Ermənistan Laçın və Kəlbəcəri həmişəlik öz nəzarətində saxlamaq istəyib
"Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında kommunikasiyalar da açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”.
Oktyabırın 19-da prezident İlham Əliyev "TASS" informasiya agentliyinə müsahibəsində belə deyib.
O bildirib ki, əvvəlki Ermənistan rəhbərliyi ilə münaqişənin həllinə dair danışıqlarda ciddi irəliləyişlər olub. Ancaq sonra Ermənistan tərəfi Kəlbəcər və Laçının qaytarılmasından imtina etib:
"Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”.