14:26, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 37

Ermənistan məhkəmə binası qarşısında mitinq başlayıb

Ermənistan məhkəmə binası qarşısında mitinq başlayıb


/ DÜNYA
Ermənistanda  Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.

Mitinqin səbəbi keçmiş prezidenti Robert Köçəryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirilən bina önündə başlayıb.

"TASS" xəbər verir ki, R.Köçəryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir.

İyunun 25-də Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Köçəryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb.