17:04, 06 Mart 2020 (Cümə) 143

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi istefa verdi
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan istefa verib.

O, işdən çıxdığına dair ərizə yazdığını "Facebook” səhifəsində elan edib. 

"23 il ərzində hərbi strukturların birində xidmət etməyi arzulamışam. Silah Qüvvələr sahəsində xidmət edəcəyimə şadam”, - deyə o yazıb.

Qeyd edək ki, Arsrun Ovannisyan 2012-ci ilin iyulunda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib. 

report.az