17:19, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 82

Ermənistan prezidenti: Rusiya Qarabağa hərbi müdaxilə etməməlidir

Ermənistan prezidenti: Rusiya Qarabağa hərbi müdaxilə etməməlidir
Ermənistan prezidenti Armen Sarkisyan "France 24" kanalına müsahibə verib. 
 
"Arka.am” portalının məlumatına görə, prezident müsahibəsində deyib ki, Rusiyanın Qarabağ münaqişəsinə hərbi müdaxilə etməsinə ehtiyac yoxdur.  
 
"Birincisi, Dağlıq Qarabağ erməniləri öz ölkələrini müdafiə etmək iqtidarında olduqlarını artıq sübut ediblər. Onlar bunu 1990-cı illərdəki müharibə zamanı da sübut etmişdilər. İkincisi də, buraya Rusiyanı, ya hansısa bir başqa ölkəni cəlb etməyə ehtiyac yoxdur. Rusiyadan danışarkən, biz Türkiyəni də istisna edirik, o, bu məsələdə ölümcül rol oynayır", - deyə Sarkisyan bildirib.  
 
Ermənistan prezidenti müsahibəsinin geri qalanında Türkiyənin münaqişədə iştirak etdiyini bildirib və müdaxilənin yolverilməz olduğunu deyib.