12:07
Qubadlı rayonunun ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
11:34
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi öldürülüb.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan tərəfi geri çəkilməyə məcbur edilib.
Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi öldürülüb: "Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib".
09:47
Oktyabrın 30-da Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Həmçinin məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin son iki gündə Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində olan hücumu Azərbaycan tərəfindən alınıb.
Bildirilir ki, Ermənistan tərəfindən ölən və yaralananlar var.
Müdafiə Nazirliyi həmçinin oktyabrın 29-da gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində Ermənistan tərəfinin verdiyi itkini açıqlayıb:
"Xeyli sayda canlı qüvvə, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç” və 1 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd "Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb".
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.
Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.
3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-da saat 08:00-da qüvvəyə minib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.