14:47, 09 Yanvar 2021 (Şənbə) 114

Ermənistan və Azərbaycan arasında vizasız rejimin tətbiq edilməsi xəbəri doğrudurmu?

Ermənistan və Azərbaycan arasında vizasız rejimin tətbiq edilməsi xəbəri doğrudurmu?
Leyla Abdullayeva 
FOTO: trend.az
 
"Azərbaycan və Ermənistan arasında vətəndaşların səfərləri və vizadan azad etmə məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlərin qurulması vacibdir". 

Bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Ermənistanla qarşılıqlı vizasız rejimə malik ölkələrin siyahısına Azərbaycanın daxil  edilməsi barədə Ermənistan XİN-in saytında yayılmış məlumatın sosial şəbəkələrdə müzakirəsini şərh edərkən deyib. 

"Diplomatik münasibətlərin qurulması üçün qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək lazımdır. Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır" - L.Abdullayeva belə deyib.

Ermənistan tərəfi bu məsələni İlham Əliyevin Ermənistan rəsmi şəxslərinin Qarabağa səfərlərinə son qoyulmasını tələb edəndən sonra aktuallaşdırıb. Ermənistan XİN-in  nümayəndəsi açıqlama verib ki, iki ölkə arasında vizasız rejim fəaliyyət göstərir.