10:46, 05 Noyabr 2018 (Bazar ertəsi) 105

Ermənistanda amnistiya aktı qüvvəyə mindi

Ermənistanda amnistiya aktı qüvvəyə mindi


/ DÜNYA
Ermənistan prezidenti Armen Sarksyan amnistiya aktını imzalayıb.

Novator.az-ın məlumatına görə, parlamentin 1 noyabr iclasında qəbul edilmiş amnistiya aktı 3 ilədək azadlıqdan məhrumetmə cəzası almış şəxsləri həbsdən buraxmağı nəzərdə tutur.

Amnistiya 6 ilədək iş almış I və II qrup əlillərə, ehtiyatsızlıqdan cinayət törədərək 5 ilədək azadlıqdan məhrum edilmiş, 3 yaşadək azı üç övladı olan şəxslərə, hamilə qadınlara da şamil olunur.

60 yaşdan yuxarı şəxslər, 18 yaşına çatmamış ilk dəfə cinayət törədənlər də amnistiyaya düşür.

Ağır cinayətlər (o cümlədən adam oğurluğu, jurnalistin peşə fəaliyyətinə əngəl, dövlətə xəyanət, terrorçuluq cinayətləri) törətmiş şəxslər ümumən 6500 nəfərə şamil olunan amnistiyadan kənar qalır.