11:39, 09 May 2020 (Şənbə) 206

Ermənistanda bir gündə 146 nəfər koronavirusa yoluxub

Ermənistanda bir gündə 146 nəfər koronavirusa yoluxub
Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 3 1 75-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı isə 44 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.