11:31, 03 Aprel 2020 (Cümə) 179

Ermənistanda bir gündə 73 nəfər koronavirusa yoluxub

Ermənistanda bir gündə 73 nəfər koronavirusa yoluxub
Ermənistanda koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.

"Report” xəbər verir ki, məlumatı Ermənistan Vahid İnformasiya Mərkəzi yayıb.

Son sutka ərzində ölkədə 73 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, apelin 2-də yoluxanların ümumi sayı 663 nəfər olub. Ölkədə koronavirusdan 7 nəfər ölüb.