10:59, 18 May 2020 (Bazar ertəsi) 137

Ermənistanda daha 351 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 351 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 823-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 61-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 2 019 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 718 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistanda 189 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 316 mindən çoxu isə ölüb.