11:29, 06 Aprel 2020 (Bazar ertəsi) 159

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı: 833 nəfər

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı: 833 nəfər
Ermənistanda koronavirusa yoluxanların sayı 833-ə çatıb.

"Report” xəbər verir ki, bunu aprelin 6-da ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, son sutkada yoluxanların sayı daha 11 nəfər artıb. 

Hökumət başçısı deyib ki, son sutkada pandeymiyaya yoluxmuş 68 yaşlı pasiyent ölüb.

Bununla da Ermənistanda koronavirusadan ölənlərin sayı 8-ə çatıb.