15:50, 02 Aprel 2020 (Cümə axşamı) 281

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
Ermənitanda koronovirusdan daha bir nəfər ölüb.

"Report” xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nokoqosyan "Fasebook” səhifəsidə yazıb.

Hadisə "Nork” xəstəxanasında baş verib.

Məlumata görə, 68 yaşlı pasiyentdə koronavirusa yoluxma və ikitərəfli ağciyər pnevmoniyası təsdiqlənib.

Qeyd edək ki, Ermənistanda 663 nəfər koronavirusa yoluxub, 5 nəfər isə pandemiyadan ölüb.