16:56, 11 Sentyabr 2019 (Çərşənbə) 97

Ermənistanda rusiyalı hərbçi ölüb

Ermənistanda rusiyalı hərbçi ölüb


/ DÜNYA
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazada xidmət edən 23 yaşlı hərbçi Aleksandr Babuşkin naməlum şəraitdə ölüb.

"Report.az”ın verdiyi  xəbərə görə, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Hərbçinin meyiti Muş məhəlləsində 32 saylı mənzildə aşkarlanıb.

Məlumata görə, çavuş Aleksandr Babuşkin müqavilə əsasında 102 saylı hərbi bazada xidmət edirmiş. Hadisənin səbəbi araşdırılır.